Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncə teroru-2020” başlığı adı altında tədbir keçirildi

15.10.2021

15.10.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Musiqi-not fonoteka şöbəsi erməni faşist hərbi birləşmələrinin oktyabr ayında Gəncə şəhərini atəşə tutması ilə əlaqədar

 “Gəncə teroru-2020”    başlığı adı altında tədbir keçirdi.

         Tədbiri böyük kitabxanaçı Nabat Şükürova açdı.Gəncə terroru qurbanlarının xatirəsini bir dəqiqqəlik sükutla yad edildi.

            Tədbirdə Gəncə Maarif Evi İctimai Birliyinin sədri İmamverdi Vəliyev  öz çıxışında qeyd etdi ki, Gəncənin erməni faşistləri tərəfindən bombalanması, Ermənistanda olan hərbi-siyasi rejimin illər boyu  Azərbaycan əleyhinə  apardığı iyrənc siyasətinin nəticələrindən biridir: “Onlar bunu tək bu gün törətmirlər, 1988-ci ildən başlatdıqları bu  siyasət 30 ildən artıqdır ki, davam edir. Bunlardan ən faciəlisi 1992-ci ildə olan Xocalı soyqırımıdır ki, orda həlak olanların heç biri hərbiçi deyildi.Onlar bu vəhşiliyi , bu soyqırımı azərbaycanlılara qarşı törətdilər, Gəncədə törətdikləri də eyni vəhşiliyin davamı olduğunu bildirdi.

 .   MKS-nın  böyük  metodisi Şahnaz Əhmədova  saymaqla bitməyən erməni vəhşiliyi vandalığınından danşdı.Tarixən onların dinc əhaliyə etdiklərindən- bunun ən bariz numunəsini xocalı faciəsində xalqımıza qarşı etdiklərindən və 2020 il vətən müharibəsində sərghəddə ordumuza qarşı vuruşmaqda acizliyindən, dinc əhaliyə balistik raket atmaqla xalqın iradəsini qiracaqını düşünüb Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi.